Siyasət

"Bu bəyanatlar Azərbaycanla münasibətlərə mənfi təsir edə bilər"

20 Aprel 2017 15:50
0 Şərh     Baxış: 1 193

"Hazırda Fransa prezidentliyinə namizədlərin praktiki olaraq seçkilərin birinci turu ərəfəsində riskli bəyanatlar verdiyini və çox sayda seçicinin diqqətini özlərinə cəlb etməyə çalışdığını görmək olar".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu "Sputnik" radiosunun efirində Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin aparıcı analitiki Mixail Neyjmakov deyib.

O qeyd edib ki, məsələn, bu yaxınlarda prezidentliyə namizəd Marin Le Pen Dağlıq Qarabağın Ermənistanla birləşdirilməli olduğunu bəyan etmişdi:

"Məlum məsələdir ki, bu bəyanat Fransanın erməni icmasına hesablanıb. Lakin bu, ən yüksək posta seçilmək və sonradan Azərbaycanla münasibət qurmaq istəyən bir siyasətçi üçün kifayət qədər riskli bəyanatdır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.