Siyasət

Makron Le Peni 3 faiz qabaqlayır

20 Aprel 2017 08:48
0 Şərh     Baxış: 580

Fransa prezidentliyinə  namizəd, sabiq iqtisadiyyat naziri  Emmanuel Makron rəqibini, "Milli Cəbhə" partiyasının lideri Marin Le Peni 3 faiz qabaqlayır.

Milli.Az APA-ya istinadən xəbər verir ki,  "Harris Intercative" şirkəti tərəfindən keçirilmiş son sorğuya əsasən, E.Makron seçicilərin səsinin 22 faizini, M.Le Pen isə 19 faizini toplaya bilər.
 
Üçüncü yeri "Fəth olunmamış Fransa" hərəkatının başçısı Jan-Lyuk Melanşon və keçmiş baş nazir Fransua Fiyon bölüşdürüblər (19%).
 
Aprelin 18-19-da keçirilən sorğuda  3 min respondent iştirak edib.
 
Xatırladaq ki, Fransada prezident seçkiləri iki turda - aprelin 23-də və mayın 7-də keçiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.