Siyasət

İrandan Azərbaycana Qarabağ HƏDƏSİ

19 Aprel 2017 16:24
17 Şərh     Baxış: 3 396

"İran Azərbaycana xəbərdarlıq edib".

Milli.Az istipress-ə istinadən xəbər verir ki, erməni şərhçi Akop Badalyan İran müdafiə naziri Hosseyn Dehqanla Azərbaycan müdafiə naziri Zakir Həsənovun aprelin 16-da Tehrandakı görüşünə həsr etdiyi səfəri barədə yazdığı məqaləni bu cür adlandırıb.

"Lragir"də dərc edilmiş məqalədə iddia edilir ki, İran naziri Azərbaycanı Qarabağda vəziyyəti gərginləşdirməməyə çağırıb:

"Faktiki olaraq İran bəyan edir ki, aprel ayındakı kimi gərginliyi qəbul etmir. İki həftə qabaq İran prezidenti Həsən Ruhani bildirmişdi ki, Qarabağda aprel döyüşləri zamanı İran həm İrəvana, həm də Bakıya vəziyyəti sakitləşdirmək məqsədi ilə nümayəndə heyəti göndərib. Faktiki olaraq, Həsən Ruhani aprel döyüşlərinin yeni fraqmentini açıqlayıb, təsdiq edib ki, Qarabağda atəşkəsin müəllifi Rusiya, yaxud təkcə Rusiya olmayıb. İranın öz marağı olduğu göz qabağındadır". 

Bu, erməni müəllifin iddiasıdır, həmin vaxt real olaraq nə baş verdiyini yalnız yuxarı dairələr bilir. Amma rəsmi səviyyədə bu məlumdur ki, 2016-cı il aprelin sonlarında Ermənistan müdafiə naziri Seyran Ohanyan və İran müdafiə naziri Hosseyn Dehqan Moskvada görüşmüşdülər. Erməni mətbuatı yazır ki, onların da söhbətinin əsas mövzusu aprel döyüşləri olub.

Akop Badalyan iddia edir ki, İran Rusiyanın Qarabağ münaqişəsini həll etmək adı altında regiona yenidən qayıtmasının əleyhinədir. Amma bu yanaşma bir qədər məntiqsiz görünür, rus əsgəri İranın düz sərhədində - Ermənistanın Mehri rayonunda xidmət keçir.

Amma Dağlıq Qarabağ İran sərhədindən 50-60 kilometr aralıdır. Buna görə də, tək bunu ehtimal etmək olar, bəlkə də, İran özü münaqişənin həllinin əleyhinədir. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

17 Şərh:

  • Anonim
    Kami · 19 Aprel 16:3291

    Yalandan hami deyir ki biz Azerbaycani destekleyirik, onun erazi butovluyunu tesdiq edirik. Amma realliqda bu bele deyil, hamisi gozden perde asmaqdi. Hemiweki kimi, siyasetchiler bir wey deyib bawqa wey edirler. Here ancaq oz maraqini gudur, realliq budur!

    Cavab yaz
  • Anonim
    Musa · 19 Aprel 16:321627

    Fars, rus, erməni üçbucağı. Bunların heçbiri güclü Azərbaycan istəmirlər.

    Cavab yaz
    • Anonim
      2017 · 19 Aprel 16:501128

      DOGRUDUR AZERBAYCANİN EZELİ DUSMENLERİ

      Cavab yaz
  • Anonim
    Baku · 19 Aprel 16:50515

    Biyyyy.sagolmayasiz hec

    Cavab yaz
  • Anonim
    Ceyhun · 19 Aprel 17:152911

    Milli.az qəsdən anti İran təbliğatı aparır

    Cavab yaz
  • Anonim
    Adli · 19 Aprel 17:4215

    Heeeee

    Cavab yaz
  • Anonim
    .svoyski. · 19 Aprel 19:13226

    Bu ırana hec vaxt guven olmazda fars mılletı ermeniden beterdiler en yaltak mılletdır

    Cavab yaz
  • Anonim
    vetendas · 19 Aprel 19:32425

    Iran hecvaxt ne bizi isdiyir nede turku

    Cavab yaz
  • Anonim
    Aydlndl · 19 Aprel 20:19226

    Anti iran tebligatl aparmaga milli.azln ne ehtiyyacl var ki? cemiyyetdeki proseslere azca diqqetle baxan iranln maraglnln ne oldugunu gorur.Bizim guclu,qudretli dovlet olmaglmlz iranln menafeyine uygun deyil.Goresen iranln 20% torpaglnl iraq iwqal etseydi bizden meseleye nece reaksiya vermeyimizi gozleyerdi?Aprelde muharibe etmiwik eceb etmiwik,irana dexli olan iwler deyil.10 il iraqla muharibe edende fikirleweydi mehriban qonwuluq prinsiplerini.Hech bir qonwusuyla dost deyil.Ordan kurdleri provokasya edir burdan da ermenileri.

    Cavab yaz
    • Anonim
      mələy · 19 Aprel 22:04310

      Bəh bəh burda nə cox iranı sevənlər var imiş. Ayıb olsun sizlərə. Eyy bizim millət düzəlməyəcək.

      Cavab yaz
    • Anonim
      mələy · 19 Aprel 22:0611

      Salam. Axşamınız xeyir. Necəsiniz? Bağışlayın ümumi yazacaqdım. Sizin şərhinizə getdi

      Cavab yaz
      • Anonim
        Aydlndl · 19 Aprel 23:2600

        Yaxwlyam malak yaxwl olasan hemiwe

        Cavab yaz
  • Anonim
    mələy · 19 Aprel 21:05219

    Salam. Bəs hanı burda iranı tərifləyib şəninə tərif yağdıran şərhlər yazan insanlar. Bir nəfər iran haqqında yazan kimi hamı ayağa qalxıb həmin insanı pislədiniz. Öz millətini qoyub iranlı farsa arxa durdunuz. İndi bildiniz iran necə dövlətdir. Biz özümüzə kömək etməsək başqası bizə kömək etməz. Burda da öz millətini qoyub iranlıya dəstək olmayın. Ayıb olsun o insanlara ki iranı gözəlcə təriflədilər.

    Cavab yaz
  • Anonim
    Aydlndl · 19 Aprel 23:18014

    Parazitler tapilib

    Cavab yaz
  • Anonim
    Aydlndl · 19 Aprel 23:27118

    Camaatl dislike etme e werefsiz.eksini bildirecek fikir yaz

    Cavab yaz
  • Anonim
    Ceyhun · 20 Aprel 00:19140

    Aydlndl-cənab prezidentin özü dəfələrlə İranı Azərbaycanin dostu adlandırıb. Deyəsən sən polisdə xidmət edirsən. Heç olmasa xidmət etdiyin dövlətin siyasətin öyrən.

    Cavab yaz
    • Anonim
      mən · 20 Aprel 14:3720

      Bunlar özlərini elə göstərirlər ki,güya dəfələrlə görüşən dövlət başçılarından cox bilirlər,kim kimin düşmənidir,kim kimə nə deyib.Yazıqlar.

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.