Siyasət

Hurriyet: "Aprel döyüşləri ön cəbhədə Azərbaycanın mövqeyini yaxşılaşdırdı"

18 Aprel 2017 12:09
1 Şərh     Baxış: 1 505

2016-cı ilin aprelində Dağlıq Qarabağda Ermənistan-Azərbaycan qoşunlarının qarşıdurma xəttində qeydə alınan eskalasiya ön cəbhədə Azərbaycanın mövqeyinin yaxşılaşmasına gətirib çıxardı.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu, Böyük Britaniya beynəlxalq münasibətlər Kral İnstitutunun elmi işçisi Zaur Şiriyevin Türkiyənin "Hurriyet Daily News" qəzetində dərc olunan məqaləsində yer alıb.

Müəllif qeyd edir ki, psixoloji üstünlük baxımından Bakı erməni qoşunlarının istənilən zərbənin qarşısını ala bilməsi barədə mifləri aradan götürdü.

Aprel toqquşmalarından sonra ilk gözlənilən o idi ki, Qərb və Moskva tərəfləri danışıqlar masasına gətirmək üçün əməkdaşlıq edəcəklər. Amma 2016-cı ilin mayında Vyana görüşündən sonra qərb dövlətləri kənara çəkildi və qalan boşluğu Rusiyanın doldurmasına imkan yaratdı.

Məqalədə qeyd olunur ki, ATƏT Minsk qrupunun digər həmsədrlərinin danışıqları aktivləşdirmək niyyətlərinin olmadığı görünür. Həmsədrlərin niyyəti böyük ehtimalla status-kvonun saxlanmasına yönəlib. Bununla da münaqişənin həlli ilə bağlı bütün təşəbbüslər Moskvanın öhdəsinə buraxılıb.

Amma buna baxmayaraq, Ermənistandakı daxili siyasi hadisələr, eləcə də Moskva ilə ittifaqa ictimai etirazlar bu perspektivləri azaldıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

1 Şərh:

  • Anonim
    amil · 18 Aprel 17:1310

    Bu il azerbaycanda islam oyunlari var inanmıram muharibe ola

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.