Siyasət

Azay Quliyev: "ATƏT PA Minsk qrupunun həmsədrlərindən hesabat tələb etməlidir"

18 Aprel 2017 11:35
Baxış: 373

ATƏT Parlament Assambleyası Minsk qrupunun həmsədrlərindən hesabat tələb etməlidir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu ATƏT Parlament Assambleyasının sədr müavini, Milli Məclisin deputatı Azay Quliyev jurnalistlərə deyib.

A.Quliyev qeyd edib ki, ATƏT PA-da münaqişələrlə bağlı mühüm sənədlər qəbul olunub: "Lakin biz düşünürük ki, bununla bağlı konkret addımlar, qərarlar lazımdır. ATƏT PA ATƏT-in bu istiqamətdə fəaliyyətini təftiş etməli, Minsk qrupunun həmsədrlərindən hesabat tələb etməlidir".

O əlavə edib ki, həmsədrlərdən münaqişənin niyə hələ də həll olunmamasını, niyə hələ də təmas xəttində mülki insanların, Azərbaycan əsgərlərinin həlak olduqlarını soruşmaq lazımdır:

A.Quliyev əlavə edib: "Ötən ay Milli Məclisin spikeri Oqtay Əsədov Sankt-Peterburq şəhərinə səfəri çərçivəsində ATƏT PA-nın prezidenti Kristine Muttonen ilə görüşündə məsələ qaldırdı ki, Minsk qrupunun həmsədrləri ATƏT PA-nın növbəti sessiyalarının birinə dəvət olunsun və hesabat versin".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.