Siyasət

Kliçko Bakıda keçirilən birinci ticarət festivalı haqqında

13 Aprel 2017 16:10
0 Şərh     Baxış: 1 182

"Bakıda keçirilən birinci ticarət festivalı ölkənin turizm potensialının inkişafı üçün böyük təkan verəcək".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Azərbaycanda səfərdə olan Kiyev şəhərinin meri Vitali Kliçko deyib.

Onun sözlərinə görə, bu cür böyük tədbirlər şəhərin inkişafı üçün yaxşı vasitədir, turistlər bu tədbirlərə həvəslə gəlir və eyni zamanda ölkə mədəniyyəti ilə tanış olur: "Kiyev və Bakının vəzifəsi bu şəhərlərin turizm potensialını üzə çıxaran tədbirlərin keçirilməsidir".

Qeyd edək ki, Kiyev şəhərinin meri Vitali Kliçko bu gün Azərbaycana səfərə gəlib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.