Siyasət

Kliçko: "Ukrayna-Azərbaycan münasibətlərinin daha da inkişaf etməsi vacibdir" - FOTO

13 Aprel 2017 13:16
Baxış: 913

Ukrayna və Azərbaycan, Kiyev və Bakı arasında münasibətlərin daha da yaxınlaşması və inkişaf etməsi çox vacibdir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə Azərbaycanda səfərdə olan Kiyev şəhərinin meri Vitali Kliçko deyib.

O qeyd edib ki, Prezident İlham Əliyevlə görüşü zamanı biznes sahəsində əməkdaşlığın, mədəniyyət, eləcə də idman sahəsində münasibətlərin inkişafı məsələsi müzakirə olunub.

V.Kliçko tərəflər arasında beynəlxalq tədbirlərin keçirilməsində təcrübə mübadiləsinin vacibliyini qeyd edib:

"Tezliklə Kiyevdə "Eurovision" mahnı müsabiqəsi keçiriləcək. Bu müsabiqəni yüksək səviyyədə keçirmək üçün Azərbaycanın təcrübəsindən yararlanmaq bizim üçün maraqlıdır".

V.Kliçko qeyd edib ki, Bakı şəhərinin işıqlandırılması layihəsi yüksək səviyyədə həyata keçirilib. Onun sözlərinə görə, Bakıda binalar çox gözəl işıqlandırılıb və Kiyev bu təcrübədən yararlanmalıdır.

O bildirib ki, Kiyev üçün memarlıq sahəsində dəyişikliklərdə Bakının təcrübəsi maraqlıdır.

O həmçinin deyib ki, Bakıda Ukrayna məhsulları mağazalarının açılması planlaşdırılır.

V.Kliçko Ukraynada SOCAR yanacaqdoldurma məntəqə şəbəkələrinin genişləndirilməsinin vacibliyini də qeyd edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.