Siyasət

""Şərq tərəfdaşlığı" Aİ üçün prioritet olaraq qalacaq"

12 Aprel 2017 16:42
0 Şərh     Baxış: 316

Avropa İttifaqının genişlənmə və qonşuluq məsələləri üzrə komissarı Yohannes Han Varşavada "Şərq tərəfdaşlığı" proqramının nazirlər iclasında iştirak edəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, iclasda Aİ-nin, eləcə də Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ermənistan və Ukraynanın xarici işlər nazirləri iştirak edəcək.

İclasdan qabaq Y.Han qeyd edib ki, "Şərq tərəfdaşlığı" layihəsi ümumi dəyərlər üzərində qurulub: "Ötən il biz prioritet sahələrdə - iqtisadi inkişaf, idarəçilik institutlarının möhkəmləndirilməsi kimi sahələr üzrə irəli addımlar atmışıq. Varşavada mən onu vurğulamaq istəyirəm ki, "Şərq tərəfdaşlığı" bizim üçün gələcəkdə də prioritet olacaq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.