Siyasət

Gömrük xidmətlərinin rəhbərləri Bakıda görüşəcəklər

3 Aprel 2017 11:43
Baxış: 795

Mayda Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətləri rəhbərlərinin görüşü keçiriləcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədr müavini Şahin Bağırov Bakı-Tbilisi-Qars layihəsinin gömrük məsələləri üzrə üçtərəfli texniki görüşündə deyib.

Ş.Bağırov qeyd edib ki, görüşdə dəmiryolu dəhlizinin istismara verilməsindən sonra gömrük orqanlarının fəaliyyət formaları müəyyən ediləcək:

"Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi üzrə işlərin böyük əksəriyyəti artıq görülüb, Gürcüstan və Türkiyə ərazisində cüzi işlər qalıb. Bu da yaxın aylarda başa çatacaq. Mayda Bakıda gömrük orqanları rəhbərlərinin görüşü baş tutacaq və müvafiq memorandum imzalanacaq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.