Siyasət

Sergey Lavrov: "Azərbaycan bizə yardım edib"

29 Mart 2017 14:36
3 Şərh     Baxış: 1 697

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın bu ölkəyə yardımlarını yada salıb.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, bu barədə Sergey Lavrov "Arqumenti i faktı" nəşrinə müsahibəsində bildirib.

"2010-cu ildə Torfluqlarda baş verən yanğının fəsadlarının aradan qaldırılması Azərbaycan, Belarus, Ermənistan, İtaliya, Bolqarıstan, Qazaxıstan, Fransa, Polşa, Türkiyə və Latviya fövqəladə hallar xidmətlərindən yardım alınıb", - Rusiya XİN rəhbəri bəyan edib. 

Lavrov vurğulayıb ki, 2012-ci ildə Azərbaycan və Belarus daşqınlardan əziyyət çəkən Krasnodar diyarının sakinlərinə də humanitar yardım göndərib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.