Siyasət

Azərbaycanlı deputat Bolqarıstanla əlaqələrin inkişafına çalışır - FOTO

28 Mart 2017 16:16
Baxış: 396

Azərbaycanlı deputat Bolqarıstanla əlaqələrin inkişafı məqsədi ilə bir sıra görüşlər keçirib.

Milli.Az xəbər verir ki, martın 27-də Bolqarıstanda növbədənkənar parlament seçkisi keçrilib. Milli  Məclisin deputatı, Azərbaycan-Bolqarıstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Rauf Əliyev Bolqarıstan Parlamentinin dəvəti ilə 24-27 mart 2017 -ci il tarixlərində Bolqarıstanda səfərdə olub.

Səfər zamanı Rauf Əliyev Bolqarıstanın keçid hökumətindəki Baş naziri Oqnyan Gercikovla görüşüb. Görüş zamanı iki ölkə arasında iqtisadiyyat, mədəniyyət və digər sahələrdə əlaqələrin mövcud vəziyyəti və inkişaf perespektivləri müzakirə olunub. Gələcəkdə bu əlaqələrin daha da genişləndirilməsinin hər iki ölkə üçün əhəmiyyət daşıdığı qeyd olunub. Görüşdə Bolqarıstan-Azərbaycan Ticarət Palatasının sədri Dimitri Bratanov da iştirak edib. 

R.Əliyev səfər çərçivəsində Bolqarıstanın Gənclər və İdman naziri Daniyela Daçova və Vasil Levskiy adına Milli İdman Akademiyasının rektoru, professor Penço Gerçovla da görüşüb. Görüşlərdə iki ölkə arasında idman sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Yeri gəlmişkən, R.Əliyev Milli.Az-a bildirib ki, Bolqarıstanda keçirilən parlament seçkiləri artıq baş tutub: "Birinci mərhələdə seçkilərdə siyasi qüvvələrdən mütləq səs çoxluğu qazanan olmadığından ikinci raund keçirildi. Bir həftə ərzində Bolqarıstanın Mərkəzi Seçki Komissiyasi seçkilərlə bağlı yekun qərarını verəcək. Daha sonra ölkədə həm parlament, həm də koalisiya hökuməti formalaşdırılacaq. Mən özüm bir neçə Sofiyada bir neçə rayonda seçkilərin gedişini izlədim. Normal seçkilər keçdi. Olduğum məntəqələrdə hər hansı qanun pozuntusuna rast gəlmədim".

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.