Siyasət

Qarabağ danışıqlarında 3 maddəlik yeni plan - Bu, kimə sərf edir?

28 Mart 2017 14:16
5 Şərh     Baxış: 2 239

"ATƏT-in Minsk qrupu həmsədrləri martın 27-də İrəvanda rəsmi görüşlər keçirdilər. Onlar əvvəlcə xarici işlər naziri Edvard Nalbandyan, daha sonra isə prezident Serj Sarkisyanla görüşdülər. Həmsədrlər Ermənistan prezidentini və xarici işlər nazirini Bakıdakı görüşlərinin nəticələri barədə məlumatlandırdılar. Həmsədrlərin qısa zaman kəsiyində Bakıya və İrəvana səfərlərinin yeganə məqsədi aprel ayının sakit keçməsinə nail olmaqdır.

Çünkü rəsmi İrəvan kimi həmsədrlər də düşünürlər ki, aprel döyüşlərinin bir illiyində Azərbaycan ordusu yenidən hərbi əməliyyat həyata keçirə bilər. Son günlərə qədər cəbhə bölgəsində nisbi atəşkəsə riayət olunur. Bu, o deməkdir ki, həm Bakı, həm də İrəvan, hələ ki, həmsədrlərə atəşkəsi qoruyacaqları ilə bağlı verdikləri vədi yerinə yetirirlər. Ancaq həmsədrlər onu da anlayırlar ki, hər an cəbhə bölgəsində vəziyyət mürəkkəbləşə bilər".

Milli.Az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.

Politoloqun sözlərinə görə, İrəvanda keçirilən mətbuat konfransında Minsk Qrupunun amerikalı həmsədri Riçard Hoqland maraqlı açıqlama verib:

"Amerikalı diplomat mətbuat konfransında dedi ki, dövriyyədə plan var və o, 3 maddədən ibarətdir. Həmin 3 maddəlik plan nədir?

Dünəndən bu sual ətrafında müzakirələr gedir. Bu, yeni plan və ya yeni maddələr deyil.

Birinci maddə: Ermənistan Dağlıq Qarabağ ətrafındakı 5 rayonu boşaltmalıdır;

İkinci maddə: Azərbaycanlı məcburi köçkünlərin həmin 5 rayona geri qayıdışı təmin olunmalıdır;

Üçüncü maddə: Statusu müəyyənləşdirən referendum tarixi dəqiqləşdirilməlidir.

Birinci iki maddə Azərbaycanın maraqlarına uyğundursa, sonuncu maddədən erməni separatçıları möhkəm yapışıblar. Separatçılar birinci iki maddənin yerinə yetirilməsini üçüncü maddənin yerinə yetirilməsi ilə əlaqələndirirlər. Problem məhz ondadır ki, bu 3 maddəni birgə yerinə yetirmək mümkün deyil və həmsədrləri bunun çarəsini tapa bilmirlər. Budur amerikalı diplomatın nəzərdə tutduğu 3 maddə".

Pünhan Mirzə
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

5 Şərh:

  • Anonim
    nicat · 28 Mart 14:2920

    Bes niye 5 rayon menim prezdentden xaisim odu ki axira kimi getsin sarksyan altini batirib son qaris torpagimiza kimi isgaldan azad etsin bunu ancaq bizim prizident bacarar men buna arxeyinem

    Cavab yaz
  • Anonim
    Sadixova Afet · 28 Mart 14:5400

    yazini oxuyanda bir anliq hemsedrlere yazigim geldi.Onlarin elacsizligina,ermeniye soz kecire bilmemeklerine,acizliklerine yazigim geldi.Gor ermeni bunlari ne gune qoyub.Hemsedrler ermeniye deye bilmirler ki,Qarabagin yerli ehalisi qovulduqlari torpaqlarina geri qayitmasalar birterefli referendum ola bilmez.3-cu maddenin yerine yetirilmesi ucun evvelki maddeler yerine yerine yetirilmelidir.Bax bunu ermeniye deye bilmedikleri ucun hemsedrlere yazigim geldi.

    Cavab yaz
  • Anonim
    çoban · 28 Mart 14:5400

    üçüncü maddə qəlizdir o bir başa ermənilərin qondarmasına qulluq edir

    Cavab yaz
  • Anonim
    nicat · 28 Mart 17:1400

    Onu bilirem ta sarksyani qucagina alanda yoxdu hec kimin xowuna gelmir arada rasiya cagirir oda isine gelende

    Cavab yaz
  • Anonim
    Sinan · 28 Mart 18:1500

    BMT-nin qərarları var.İşğal olunmuş ərazilərdən erməni silahlı quldur dəstələri və havadarları qeyri şərtsiz çıxmalıdırlar.Ona əməl etsinlər.Qalan söhbətlər boş vaxt itirməkdir.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.