Siyasət

Bəyanat: "GUAM məkanında münaqişələr ərazi bütövlüyü əsasında həll olunmalıdır"

27 Mart 2017 15:01
0 Şərh     Baxış: 367

GUAM məkanında münaqişələr dövlətlərin ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında həll olunmalıdır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə təşkilata üzv olan ölkələrin hökumət başçılarının Kiyevdə keçirilən yekun bəyanatında deyilir.

Bəyanatda qeyd olunur: "GUAM ölkələri - Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna ərazilərində davam edən münaqişələrə görə dərin narahatlığımızı bildirərək, bu münaqişələrin ölkələrin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında tezliklə nizamlanması üçün səylərimizi təsdiq edirik".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.