Siyasət

Erməni terrorunun qurbanı Behbud Xan Cavanşir İstanbulda anılıb - FOTO

25 Mart 2017 12:52
0 Şərh     Baxış: 802

İstanbul Türk Ocağında erməni terrorunun qurbanı olmuş Azərbaycanın daxili işlər naziri Behbud Xan Cavanşirin 140 illik yubileyi ilə bağlı tədbir keçirilib.

Milli.Az xəbər verir ki, millət vəkili Qənirə Paşayeva bu mövzu ilə bağlı geniş mərizə ilə çıxış edib.

Tədbirin açılışında çıxış edən İstanbul Türk Ocaklarının rəhbəri Cezmi Bayram erməni terrorunun qurbanı olmuş Behbud Xan Cavanşirin 140 illik yubileyi ilə bağlı millət vəkili, siyası elmlər doktoru Qənirə Paşayevanın təşəbbüslə çıxış etdiyini və Türk Ocakları olaraq  bu tədbiri təşkil etməyi özlərinə borc bildiklərini vurğulayıb. O, bildirib ki, gənc nəsillərimizin ortaq tariximizi və böyük aydınlarımızı yaxın tanıması istiqamətində tədbirlər bundan sonra da davam edəcək.
 
Erməni terrorunun tarixi, erməni terror təşkilatlarının tarix boyunca insanımıza qarşı törətdiyi terror aktları, gerçəkliklərin dünyaya daha da geniş çatdırmamız üçün görüşlməsi vacib işlərdən danışan araşdırmaçı-yazar Aygün Həsənoğlu Behbud xan Cavanşirlə bərabər erməni terrorunun hədəfində olmuş digər türk aydınları ilə də bağlı geniş məlumatlar verib.
 
Professor Fethi Gedikli Behbud Xan Cavanşirin erməni terror təşkilatı Daşnaksutunun üzvü Misak Torlokyan tərəfindən qətlə yetirilməsi, qatilin cəza almaması üçün ingilislərin qurduğu məhkəmənin böyük ədalətsizlikləri, cinayətkarın qaçırılması barədə danışaraq həmin məhkəmə prosesini izləmiş Ahmet Cemalleddin adlı jurnalistin yazdığı kitabı illər sonra taparaq yenidən nəşr etdiklərini deyib və gerçəkliklərin bütün dünyaya daha geniş yayılmasının vacibliyini xüsusi vurğulayıb.
 
Tədbirdə çıxış edən Q. Paşayeva bildirib ki Azərbaycanın və Türk dünyasının dəyərli dövlət adamı və aydını Behbud Xan Cavanşiri gənc nəsillərimizin yaxından tanıması önəmlidir və onun 140 illik yubileyi ərəfəsində bütün Türk dünyasında bu istqimətdə tədbirlərin artmasına böyük ehtiyac var. Behbud Xan Cavanşirin həyatı ilə bağlı geniş məruzə edən millət vəkili Q.Paşayeva erməni terror təşkilatlarının onu hədəfə alması, qətlə yetirməsi, qatilin ədalət qarşısında cavab vermədən qaçırılmasından danışaraq gənclərimiz bu tarixi yaxşı bilməlidirlər deyib: "Behbud Xan Cavanşiri qətlə yetirənin kimlər tərəfindən müdafiə edilməsi, necə qaçırılması kimi tarixi faktlar qondarma erməni soyqırımı yalanlarının ifşası üçün  də ciddi faktlardır. Biz bu məsələni, onunla bağlı həmin dövrdə yazılmış kitabı müxtəlif xarici dillərə çevirib dünyada yaymalıyıq ki hər kəs görsün kimlər kimlərə qarşı terrorlar, soyqırımlar həyata keçirib.  Eyni zamanda bununla bağlı dünya səviyyəsinə çıxara biləcəyimiz bir filmin çəkilməsi də çox vacibdir. Biz ilk öncə böyüyən gənc nəsillərimizə, sonra da bütün dünyaya bu gerçəklikləri daha geniş yaymalıyıq, bu bizim borcumuzdur. Behbud Xan Cavanşirin ruhu o zaman sakitlik tapacaq ki onu qətlə yetirənlər, qətlə yetirəni müdafiə edib cəza almaqdan qaçıranlar ədalət qarşısında cavab verməsələrə də tarix qarşısında cavab versinlər. Biz buna nail olmalıyıq".
 
Tədbirin sonunda millət vəkili gələn il bütün müsəlman şərqində qurulan ilk cumhuriyyət olan Azərbaycan Xalq Cumhuryyətinin 100 illik yubileyinin gəldiyini deyərək hər ay cumhuriyyətin qurulmasında böyük işlər görmüş bir böyük aydınla bağlı tədbirlərin keçirilməsini təklif edib. Təklif İstanbul Türk Ocakları tərəfindən dəstəklənib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.