Siyasət

"Türkiyə və Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli üzərində birgə işləyirlər"

22 Mart 2017 13:55
Baxış: 2 373

"Türkiyə və Rusiya münasibətlərini bərpa ediblər və hazırda regionda problemlərin həlli, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzərində birgə işləyirlər".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Vaşinqtonda çıxışı zamanı deyib.

Nazir qeyd edib: "Rusiya ilə aramızdakı fikir ayrılığını aradan qaldırmışıq. Bu gün münasibətlərimiz bərpa olunub və biz regiondakı bir sıra problemlərin həlli ilə bağlı əməkdaşlıq edirik".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.