Siyasət

İrəvanda "Çörək çatdıranın" meyitini gizli yardılar

21 Mart 2017 17:03
0 Şərh     Baxış: 2 515

Serj Sarkisyan rejimi bütün dövlət orqanlarının yalançılığını və fəaliyyətinin qüsurluluğunu növbəti dəfə nümayiş etdirib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu ölkənin İstintaq Komitəsinin katibliyi bildirib ki, müstəqil ekspertlərdən heç kəs Artur Sarkisyanın cəsədinin ekspertizasına gəlməyib. Halbuki ittiham olunanın vəkilləri bütün prosedurları təxirə salmağı xahiş edirdilər ki, müstəqil ekspertlər ekspertiyaza çata bilsinlər.

Amma müdafiəçilərin müraciətinə əhəmiyyət verməyən yerli "ekspertlər" tələsik ekspertiza keçiriblər. Görünür, əsas məqsəd Arturun ölümünün kriminal xarakterini göstərə biləcək əlamətlərin gizlədilməsini təmin etmək olub.

Hakimiyyət öz hərəkətlərindəki tələskənliyi ekspertizanı ölüm anından 48 saat gec olmayaraq keçirmək zərurəti ilə izah edib. Halbuki dünya kriminalistika təcrübəsində bu prosedurun, əgər meyit lazımi şəraitdə saxlanırsa, həftə ərzində keçirilməsi də tamamilə mümkündür.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.