Siyasət

ABŞ-ın dövlət katibi azərbaycanlıları təbrik etdi

21 Mart 2017 08:55
Baxış: 2 123

ABŞ-ın dövlət katibi Reks Tillerson Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ-ın dövlət departamentinin rəsmi saytı xəbər verir.

"Bütün dünyada milyonlarla insanlar, o cümlədən Əfqanıstanda, Azərbaycanda, Çində, Gürcüstanda, Hindistanda, İranda, İraqda, Qazaxıstanda, Qırğızıstanda, Pakistanda, Rusiyada, Suriyada, Tacikistanda, Türkiyədə, Türkmənistanda, Özbəkistanda yaşayan icmalar, Cənubi və Mərkəzi Asiya və Fars körfəzi xalqları bu bayramı öz ailələri və dostları ilə birgə qeyd edirlər", - deyə təbrikdə deyilir.

Dövlət katibi bu bayramı qeyd edənlərə xoşbəxt və firavan Novruz arzulayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.