Siyasət

İrəvanda etiraz aksiyası dağıdılıb - YENİLƏNİB

19 Mart 2017 23:46
1 Şərh     Baxış: 1 135

23:46

İrəvanda etirazçılarla polis arasında toqquşma baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, polis Tiqran Mets prospektini bağlamağa cəhd edən aksiyaçılara qarşı güc tətbiq edib.
 
Etirazçılarla polis polis arasında toqquşma Nalbandyan küçəsində də qeydə alınıb. Nəticədə aksiya polis tərəfindən dağıdılıb. Sabah İrəvanda  növbəti aksiyaların keçiriləcəyi planlaşdırılır.
 
20:21
 
İrəvanda etiraz aksiyası keçirilir.
 
Milli.Az APA-ya istinadən xəbər verir ki, Azadlıq meydanından yürüşə başlayan etirazçılar Sayat Nova prospektində oturaq aksiya keçirir.
 
Hadisə yerinə çox sayda polis cəlb edilib. Etirazçılar Ermənistanın baş prokuroru Artur Davtyanın istefasını tələb edirlər.
 
Aksiya iştirakçıları 2016-cı ilin yayında İrəvan Polis İdarəsinin binasının zəbt edənlərlə əlaqədə olmaqda ittiham edilən Artur Sarkisyanın  "Yerablur" fəxri xiyabanında dəfn edilməsinə icazə verilməsini tələb edirlər.

Qeyd edək ki, 2016-cı ilin yayında İrəvan Polis İdarəsinin binasını zəbt edən silahlı dəstənin üzvlərini qida məhsulları ilə təmin edən və cinayətkarlarla əlaqədə olmaqda ittiham olunan 49 yaşlı Artur Sarkisyan martın 16-da İrəvanda ölüb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.