Siyasət

İrəvanda polislə qarşıdurma – sabah yenə mitinq olacaq

19 Mart 2017 23:43
1 Şərh     Baxış: 918

Bu saatlarda İrəvanın mərkəzində "çörəkdaşıyan"Artur Sərkisyanın xatirəsinə həsr olunmuş daha bir aksiya başa çatıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, aksiya iştirakçıları paytaxtın mərkəzi küçələri ilə yürüş ediblər, daha sonra isə bir gün əvvəl elan etdikləri kimi, hökumət binasının qarşısına doğru irəliləyiblər. Ancaq burada nümayişçiləri çox sayda polis qüvvəsi qarşılayıb. Aksiyaçılar Tiqran Mets prospektini bağlamağa çalışıblar. Lakin polisin hərəkətə keçərək güc tətbiq etməsi nümayişçilərin planını pozub. Bu zaman polislə nümayişçilər arasında toqquşma baş verib. Eyni vaxtda, etirazçıların Saxarova meydanına toplaşan hissəsi Nalbəndyan küçəsində hərəkətin qarşısını almağa çalışıblar. Bu zaman da polis hərəkətə keçib və tərəflər arasında qarşıdurma baş verib. İrəvanın polis rəisinin müvini Valeriy Osipyan jurnalistlərə deyib ki, polis qanun çərçivəsində hərəkət edib, güc tətbiq etmədən, qanun çərçivəsində nümayişin qarşısını alıb, asayişi bərpa edib.

Küçə və meydanlardan dağılışan etirazçılar isə geri çəkilmək niyyətində olmadıqlarını bəyan ediblər. Belə ki, sabah, 20 martda Azadlıq meydanında növbəti mitinqin keçirilməsi qərara alınıb. Hakimiyyət tələbləri yerinə yetirməkdən imtina etsə də, etirazçılar irəli sürülən tələblərin yerinə yetirilməsində israrlı olduqlarını bəyan ediblər.

Tələblər bunlardır: baş prokuror Artur Davtyanın və ədliyyə naziri Arpin Ovannisyanın istefası, Artur Sərkisyanın 9 fevralda təkrar həbsinə səbəb olan müstəntiqlərin barəsində cinayət işinin qaldırılması.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Vətən övladı · 20 Mart 00:0300

    Öz torpaqlarının işğaldan azad olunmasında həqiqətən də maraqlı olan bir ölkə bu kimi fürsətləri nəinki əsla fövtə verməz, tamamilə əksinə, bundan ən qısa zaman kəsiyində və ən optimal surətdə yararlanmalıdır.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.