Siyasət

Cəbhədən YENİ XƏBƏR

19 Mart 2017 11:05
9 Şərh     Baxış: 3 933

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 136 dəfə pozub.

Milli.Az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan, Barekamavan, İcevan rayonunun Vazaşen kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Qaymaqlı, Kəmərli, Bala Cəfərli və Cəfərli kəndlərində, Berd rayonunun Çinari, Ayqepar kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq, Koxanəbi, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Şuraabad, Qaraqaşlı, Yusifcanlı, Baş Qərvənd, Cəvahirli, Mərzili, Şıxlar, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

9 Şərh:

  • Anonim
    Oruc · 19 Mart 12:0523

    Zakir həsənov susdur düşmənlərimizi

    Cavab yaz
    • Anonim
      1985 · 19 Mart 14:3730

      Sen dedin , oda susdurdu )))

      Cavab yaz
  • Anonim
    Ramil · 19 Mart 12:5742

    Allah esgerlerimizin komeyi olsin biz torpaqlarimizi alacaqiq ogun gelecek men inaniram cunki o, torpaqlar bizimdi

    Cavab yaz
    • Anonim
      Səma · 19 Mart 18:0520

      Düzdü

      Cavab yaz
    • Anonim
      Ramile · 19 Mart 21:2420

      Ramile: qasdas, hansisa ermeniye xos gelmeyib senin fikirin.

      Cavab yaz
  • Anonim
    Səma · 19 Mart 18:0420

    Amin

    Cavab yaz
  • Anonim
    İbrehimGoresen · 19 Mart 19:4130

    Goresen ne vaxta kimi bu durumla barishacagiq. ermeni seckilerinden sonra da ermeniler sulh yoluna razi olmayacaqlar cunki kremlden tapshiriq aliblar hakimiyyetde de sarksiyan quldur destesi qalacaq cunki bunu mudafiye edenler var. Bele olduqda biz yene kimise ne vaxta kimi gozleyeceyik.....

    Cavab yaz
  • Anonim
    melek b · 19 Mart 19:4350

    Allah esgerlerimizi qorusun.AMIN

    Cavab yaz
  • Anonim
    Baku · 20 Mart 00:5030

    Amin

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.