Siyasət

Erməni tanklarının çəninə yanacaq əvəzinə su tökülübmüş?

18 Mart 2017 20:24
1 Şərh     Baxış: 2 784

Ermənistanın baş prokurorluğu ötən ilin aprel döyüşlərində Qarabağdakı erməni tanklarının keyfiyyətsiz yanacaq ucbatından hərbi tapşırıqları yerinə yetirə bilməməsi haqda iddiaları araşdırıb.

Bu barədə AzadlıqRadiosunun Ermənistan xidməti xəbər verir.

Prokurorluq bildirir ki, yanacağın keyfiyyətsizliyi, bəzi tankların çəninə hətta yanacaq əvəzinə su tökülməsi haqda deyilənlər həqiqəti əks etdirmir.

Xatırladaq ki, bu ilin martında baş nazir Karen Karapetyan Ermənistanın Milli Məclisində çıxış edərkən demişdi ki, ölkə bazarlarında külli miqdarda keyfiyyətsiz yanacaq var və aprel döyüşləri zamanı da bu səbəbdən hərbi texnikanın işə düşməməsi ilə bağlı çoxlu hallar olub.

Qeyd edək ki, Qarabağdakı qondarma "müdafiə ordusunun" N saylı hərbi hissəsində komandirin müavini olmuş podpolkovnik Aleksan Arakelyanın atası Gevork Arakelyan mətbuata demişdi ki, aprel döyüşləri zamanı bəzi tankların çəninə yanacaq əvəzinə su töküldüyü ortaya çıxıb. Bəzi tankların isə elektrik akkumulyatoru olmayıb. Onun fikrincə, buna görə də erməni qüvvələri döyüşlərdə Azərbaycan tərəfinə lazımi şəkildə cavab verə bilməyiblər. Prokurorluq bildirir ki, bu məlumatlar təsdiqini tapmayıb və bu səbəbdən cinayət işi açılmasına ehtiyac yoxdur.

Bundan əvvəl Müdafiə Nazirliyi də bəyan etmişdi ki, aprel döyüşlərində texnikanın keyfiyyətsiz yanacağa görə işə düşməməsi halları baş verməyib.

Bir neçə gün əvvəl baş nazir Karapetyan yenidən keyfiyyətsiz neft məhsullarının Ermənistan bazarlarına ayaq açması haqda danışıb, amma bu dəfə aprel döyüşlərindən heç nə deməyib.

Aprel döyüşlərində Azərbaycan tərəfi işğal olunmuş Qarabağda bir sıra strateji yüksəklikləri azad edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

1 Şərh:

  • Anonim
    patriot · 19 Mart 08:0410

    Onlar dedi siz də inandiz .Dığalar məğlubiyyıtlərini bilmirlər necə gizlətsinlər.Su tökülsə gərək bütün farsunkalar dıyişilə o da n qğdğr vaxt aparır.1-2 generalı işdən qovub solyarkanı guya onalr satıb və tanklar hərəkət edə bilməyib deyillər.Qoy öxlərini aldatsınlar Təsəlli verirlər özlərinə

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.