Siyasət

Yerevanda polis oturaq tətili dağıtmağa başladı - YENİLƏNİB - FOTO

18 Mart 2017 21:43
2 Şərh     Baxış: 1 109

21:43

Polis etirazçıları dilə tutur ki, yaradılmış dəhliz üzrə hərəkət etsinlər, lakin mitinq iştirakçıları onlara cavab verirlər ki, öz şəhərlərində işğalçı rejim deyil, onlar özləri öz yollarının haradan keçməsini həll edirlər və bildirirlər ki, polis cinayətkarları həbs etməlidir, xalqı öldürməli deyil.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, videoçəkiliş aparan xeyli polis əməkdaşı var. Ehtiraslar qızışır, polis əməkdaşları etirazçıları itələyir, tərəflər bir-birini təhqir etməyə başlayıb.

Etirazçılardan birini - Laura Zakaryanı qolunun sınığı diaqnozu ilə təcili yardım xəstəxanaya aparıb. Onu polis nəfəri itələyib və qadın yıxılaraq qolunu sındırıb.

Etirazçıların liderləri insanları hər gün toplaşmağa və Sarkisyan rejimini istefaya çağırmağa səsləyiblər.

"Bir Yerevanın küçələrindən o vaxta kimi getməyəcəyik ki, bütün Ermənistan ayağa qalxacaq və hamı anlayacaq ki, hakimiyyətdəki canilərlə bundan sonra yaşamaq mümkün deyil", - Şayen Arutyunyan deyib.

Hazırda polis Amiryan küçəsində yürüşün qarşısını alıb.

19:51

Ermənistan hökuməti yenidən mitinqçiləri aldadaraq, onların tələblərinə cavab verməyib. Buna cavab olaraq, nümayişçilər daha bir tələb irəli sürüblər - Artur Sarkisyanın ölümündə təqsirlilərin hamısı barəsində cinayət işinin başlanması.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu gün Şayen Arutyunyanı və onun dostlarını sosial şəbəkələrdə təhdid ediblər. Günorta isə Respublika meydanında mitinq iştirakçılarını qorxutmaq məqsədilə atəş səsləri eşidilib.

Şayen Arutyunyan Artur Sarkisyanın məktubunu oxuyan zaman mitinqə toplaşanlar "Serjik - cəhənnəm ol" şuarı səsləndiriblər,

Elə bu gün Ermənistan hakimiyyəti Artur Sarkisyanın cəsədinin ekspertizasının aparılması barədə göstəriş verib, halbuki vəkillər müstəqil ekspertlərin dəvət olunmasını tələb etmişdilər.

Mitinq iştirakçılarının yazılı tələbinə cavab zərurəti aradan qalxıb və hazırda insanlar yürüşlə hökumət binasına tərəf irəliləyirlər. Onlar "Artur", "Çörək verəni öldürdülər", "Serj qatildir" və "Biz həll edirik" şüarları səsləndirirlər.

Aksiya təşkilatçıları polisin və rejimin təxribat törətmək niyyətini gözəl anlayır ki, nümayişçiləri dağıtmağa bəhanə olsun, buna görə də, hər bir hərəkət təşkil olunmuş formada həyata keçirilir.

* * *

Bu gün Yerevanda Artur Sarkisyanın xatirəsinə həsr olunmuş etiraz aksiyaları davam etdirilib. Günorta saatlarında mitinq iştirakçıları şəhər boyu yürüş edərək, hökumət binasına tərəf hərəkət ediblər.

Amiran küçəsində Şayen Arutyunyan və bir qrup etirazçı oturaq tətil keçiriblər ki, bu da polis əməkdaşlarını qıcıqlandırıb və qanun keşikçiləri güc tətbiq edəcəkləri ilə hədələyiblər. Azadlıq meydanına qayıdan nümayişçilər oturaq tətilə qoşulublar.

Xatırladaq ki, bu gün saat 18:00-da Ermənistan hakimiyyəti tətilçilərin Artur Sarkisyanın Yelabur qəbiristanlığında basdırılması tələbinə cavab verməlidirlər və elə bu vaxta da Azadlıq meydanında mitinqin başlanacağı elan edilib ki, hökumətin cavabı səsləndirilsin.

Tələblər arasında həmçinin Artur Sarkisyanın ölümünün səbəbkarlarının, o cümlədən ədliyyə və səhiyyə nazirlərinin, müstəntiq və prokurorların, həm də prezident Serj Sarkisyanın cəzalandırılması da var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

2 Şərh:

  • Anonim
    ..... · 18 Mart 21:1400

    sàlam niye vermedin serhi

    Cavab yaz
  • Anonim
    elçin · 19 Mart 12:3400

    Bular əqrəb kimi bir birini qırıb qurtarsal yaxşı olar.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.