Siyasət

"Qafqazdakı vəziyyət bütün dünyaya təsir edə bilər"

17 Mart 2017 13:23
0 Şərh     Baxış: 568

Çin, Avropa və Qafqazdakı vəziyyət həmişə dünyanın digər hissələrinə təsir edə bilər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə V Qlobal Bakı Forumu çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Madrid klubunun prezidenti, Latviyanın keçmiş prezidenti Vayra Vike-Freyberqa deyib.

Onun sözlərinə görə, Bakıda keçirilən forumun iştirakçıları bəşəriyyəti maraqlandıran problemləri müzakirə edirlər: "Biz dünya problemlərinin həlli yollarını Bakıda axtarırıq, eyni zamanda unutmuruq ki, Azərbaycanda uzun illər boyunca həll olunmamış Dağlıq Qarabağ problemi də mövcuddur".

Qeyd edək ki, martın 16-da Azərbaycan paytaxtında "Be­ynəlxalq münasibətlərin gələcəyi: güc və­ maraqlar" mövzusuna həsr olun­an V Qlobal Bakı Forumu öz işinə ­başlayıb. Diasporla İş üzrə­ Dövlət Komitəsinin və Nizami Gəncəvi Be­ynəlxalq Mərkəzinin təşkilati ­dəstəyi ilə keçirilən forumda ­Bosniya və Hersoqovina, Latviya, ­ Makedoniya, Albaniya, Monte­neqro və Gürcüstanın dövlət başçıları iş­tirak edirlər.

V Qlobal Bakı Forumunda bir sıra ­ölkələr Baş nazir və müavinləri,­ parlament rəhbərləri səviyyəsində tə­msil olunur. Ümumulikdə isə fo­rumun işində 50 ölkədən 260-da­n çox qonaq - nüfuzlu ictimai-siyasi xadimlər, elm adamları və ­ ekspertlər iştirak edir. Forum çər­çivəsində panel müzakirələri t­əşkil olunur. Panellərdə terro­rizmə qarşı mübarizənin yolları, müasir beynəlxalq münasibətlərin nizama salınmasında ittifaqların q­urulması zərurəti, beynəlxalq ­münasibətlərdə Çinin rolu, eks­tremizm və populizmin beynəlxalq təhlükə­sizlik üçün təhdidləri, ­ Baltik-Qara dəniz təhlükəsizlik icma­sının yaradılması ilə bağlı ge­niş müzakirələr aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.