Siyasət

Prezident İlham Əliyev İranın nazirini qəbul etdi

17 Mart 2017 11:40
Baxış: 202

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 17-də İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi Novruz bayramı münasibətilə Prezident İlham Əliyevə və Azərbaycan xalqına təbriklərini çatdırdı.

Dövlətimizin başçısı öz növbəsində bayram münasibətilə rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezini və İran xalqını təbrik etdi.

Görüşdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğu məmnunluqla qeyd edildi, Azərbaycan Prezidenti İlham Əliyevin İrana uğurlu rəsmi səfərinin önəmi vurğulandı.

Söhbət zamanı Şimal-Cənub nəqliyyat dəhlizinin icra vəziyyəti, bank sektorunda əməkdaşlığın perspektivləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Milli.Az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.