Siyasət

Bakıda "Müstəqil Dövlətlər Birliyi Beynəlxalq Neft-Qaz sammiti" keçirili"

17 Mart 2017 11:25
0 Şərh     Baxış: 1 672

Bakıda "Future Approach" şirkətinin təşkilatçılığı ilə "Müstəqil Dövlətlər Birliyi Beynəlxalq Neft-Qaz sammiti" keçirilir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, sammitdə neft və qaz sahəsindəki son tendensiyalar müzakirə olunacaq, Avropanın enerji təchizatında Azərbaycanda rolu, təbii qazın ixrac marşrutlarının diversifikasiyası, ələlxüsus da Azərbaycanın beynəlxalq boru kəməri lahiyələrində (TAP, TANAP) rolu kimi mövzular sammitin diqqət mərkəzində olacaq.

Tədbirdə 22 fərqli ölkədən 150-ə yaxın xarici şirkət və təşkilat nümayəndəsi iştirak edir. Bu şirkət və təşkilatlar arasında Azərbaycandan SOCAR, BP Azərbaycan olmaqla, Səudiyyə Ərəbistanının nəhəng neft şirkəti Saudi Aramco, İranın Milli Neft şirkəti, OAPEC, Neft və Qaz sektorunda dünyanın ən böyük 25 şirkətindən biri olan Gas Natural Fenosa, Tap layihəsinin pay sahiblərindən SNAM, Statoil, Halliburton, Avropa LPG Assosasiyası kimi mötəbər şirkət və təşkilat nümayəndələri iştirak edirlər.

Sammit 2 gün davam edəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.