Siyasət

Sabiq baş nazir: "Bakı Forumu dünyada qarşılıqlı əməkdaşlığın inkişafına mühüm töhfə verir"

17 Mart 2017 10:57
Baxış: 258

V Bakı Qlobal Forumu dünyada qarşılıqlı əməkdaşlığın inkişafına mühüm töhfə verir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Qırğızıstanın keçmiş baş naziri Apas Jumagulov deyib.

A.Jumagulov bildirib ki, bu gün dünyanı narahat edən bir çox problemlər mövcuddur, eyni zamanda Qırğızıstan da çətin siyasi proseslərdən keçib:

"Azərbaycan dünyanı narahat edən problemlərin müzakirə edilməsi və həlli yollarının tapılmasına şərait yaradır. Forumda çox əhəmiyyətli müzakirələr aparılır, yeni fikirlər səsləndirilir, problemlərin həlli yolları göstərilir. Əlbəttə, bu Azərbaycanın dünyada sülhün və sabitliyin qorunmasına verdiyi mühüm bir töhfədir".

Qeyd edək ki, martın 16-da Azərbaycan paytaxtında "Be­ynəlxalq münasibətlərin gələcəyi: güc və­ maraqlar" mövzusuna həsr olun­an V Qlobal Bakı Forumu öz işinə ­başlayıb. Diasporla İş üzrə­ Dövlət Komitəsinin və Nizami Gəncəvi Be­ynəlxalq Mərkəzinin təşkilati ­dəstəyi ilə keçirilən forumda ­Bosniya və Hersoqovina, Latviya, ­ Makedoniya, Albaniya, Monte­neqro və Gürcüstanın dövlət başçıları iş­tirak edirlər.

V Qlobal Bakı Forumunda bir sıra ­ölkələr Baş nazir və müavinləri,­ parlament rəhbərləri səviyyəsində tə­msil olunur. Ümumulikdə isə fo­rumun işində 50 ölkədən 260-da­n çox qonaq - nüfuzlu ictimai-siyasi xadimlər, elm adamları və ­ ekspertlər iştirak edir. Forum çər­çivəsində panel müzakirələri t­əşkil olunur. Panellərdə terro­rizmə qarşı mübarizənin yolları, müasir beynəlxalq münasibətlərin nizama salınmasında ittifaqların q­urulması zərurəti, beynəlxalq ­münasibətlərdə Çinin rolu, eks­tremizm və populizmin beynəlxalq təhlükə­sizlik üçün təhdidləri, ­ Baltik-Qara dəniz təhlükəsizlik icma­sının yaradılması ilə bağlı ge­niş müzakirələr aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.