Siyasət

Keçmiş baş nazir: "Dünya liderlərinin bir araya gəlib dialoq aparması çox böyük əhəmiyyət kəsb edir"

17 Mart 2017 11:05
0 Şərh     Baxış: 211

V Bakı Qlobal Forumu dünyanı narahat edən problemlərin müzakirə edilməsi üçün çox əlverişli şərait yaradır.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Belçikanın keçmiş baş naziri Yves Leterme deyib.

O qeyd edib ki, bu gün dünya liderlərinin bir araya gəlib dialoq aparması çox böyük əhəmiyyət kəsb edir: "Mövcud problemlərin müzakirəsi ilə yanaşı, onların həlli yollarının tapılması günümüzün aktual məsələsidir".

Y.Leterme bildirib ki, Azərbaycan bütün dünyadan olan liderlər, siyasətçilər üçün Bakı Qlobal Forumu kimi bir platformanı təqdim etməklə dünyanı narahat edən problemlərin müzakirə edilməsi və həlli yollarının tapılmasına imkan yaradır və sülhün, sabitliyin təmin olunmasına öz töhfəsini verir: "İkinci dəfədir ki, mən bu foruma qatılıram və forumun hər il daha uğurlu olduğunu görürəm".

Qeyd edək ki, martın 16-da Azərbaycan paytaxtında "Be­ynəlxalq münasibətlərin gələcəyi: güc və­ maraqlar" mövzusuna həsr olun­an V Qlobal Bakı Forumu öz işinə ­başlayıb. Diasporla İş üzrə­ Dövlət Komitəsinin və Nizami Gəncəvi Be­ynəlxalq Mərkəzinin təşkilati ­dəstəyi ilə keçirilən forumda ­Bosniya və Hersoqovina, Latviya, ­ Makedoniya, Albaniya, Monte­neqro və Gürcüstanın dövlət başçıları iş­tirak edirlər.

V Qlobal Bakı Forumunda bir sıra ­ölkələr Baş nazir və müavinləri,­ parlament rəhbərləri səviyyəsində tə­msil olunur. Ümumulikdə isə fo­rumun işində 50 ölkədən 260-da­n çox qonaq - nüfuzlu ictimai-siyasi xadimlər, elm adamları və ­ ekspertlər iştirak edir. Forum çər­çivəsində panel müzakirələri t­əşkil olunur. Panellərdə terro­rizmə qarşı mübarizənin yolları, müasir beynəlxalq münasibətlərin nizama salınmasında ittifaqların q­urulması zərurəti, beynəlxalq ­münasibətlərdə Çinin rolu, eks­tremizm və populizmin beynəlxalq təhlükə­sizlik üçün təhdidləri, ­ Baltik-Qara dəniz təhlükəsizlik icma­sının yaradılması ilə bağlı ge­niş müzakirələr aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.