Siyasət

Bolqarıstan Türkiyədəki səfirini geri çağırır

16 Mart 2017 23:06
0 Şərh     Baxış: 984

Bolqarıstan ölkədə keçiriləcək növbədənkənar parlament seçkilərinə rəsmi Ankaranın müdaxilə cəhdi etdiyini vurğulayaraq Türkiyədəki səfirini məsləhətləşmələr üçün geri çağırır.

Milli.Az European-a istinadən bildirir ki, Türkiyənin Sofiyadakı səfiri bir qədər əvvəl ölkədəki türkyönlü "Dost" partiyasını dəstəkləmişdi. Rəsmi Ankara isə Türkiyədə yaşayan 60 min bolqarı "Dost"a səs verməyə səsləmişdi. Rəsmi Sofiya bunu "Bolqarıstanın daxili işlərinə birbaşa müdaxilə" kimi dəçyərləndirib.

Bolqarıstanda parlament seçkiləri martın 26-da keçiriləcək. Sosioloji sorğuların nəticələrinə görə, əsas rəqiblər sabiq baş nazir Boyko Borisovun rəhbərlik etdiyi "Vətəndaşlar Bolqarıstanın Avropa İnkişafı Uğrunda" və Bolqar Sosialist partiyalarıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.