Siyasət

"Bakı Forumu qlobal problemlərin həllinə töhfə verir"

16 Mart 2017 17:09
Baxış: 164

"Qlobal Bakı Forumunun işi qlobal problemlərin həllinə müsbət töhfə verir".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu "Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar" mövzusuna həsr olunan V Qlobal Bakı Forumu çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayil Serageldin deyib.

Onun sözlərinə görə, forum hər il daha da genişlənir, inkişaf edir, onun işində dünyanın hər yerindən hazırki və sabiq prezidentlər, baş nazirlər fəal iştirak edir.

İ.Serageldin bütün iştirakçılar adından Azərbaycan Prezidenti İlham Əliyevə forumun fəaliyyətinə göstərdiyi dəsətəyə görə təşəkkür edib.

O qeyd edib ki, bugünkü Qlobal Forum bir çox regionlarda çağırış və dəyişikliklər baş verdiyi, qlobal qeyri-stabillik şəraitinin hökm sürdüyü bir dövrdə keçirilir və forum iştirakçıları bu problemlərin həlli yollarını tapmağa cəhd göstərəcəklər.

Qeyd edək ki, bu gün "Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar" mövzusuna həsr olunan V Qlobal Bakı Forumu öz işinə başlayıb. Diasporla İş üzrə Dövlət Komitəsinin və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilati dəstəyi ilə martın 16-17-də keçirilən forumda Bosniya və Hersoqovina, Latviya, Makedoniya, Albaniya, Monteneqro və Gürcüstanın dövlət başçıları iştirak edirlər.

V Qlobal Bakı Forumda bir sıra ölkələr Baş nazir və müavinləri, parlament rəhbərləri səviyyəsində təmsil olunur. Ümumulikdə isə forumun işində 50 ölkədən 260-dan çox qonaq - nüfuzlu ictimai-siyasi xadimlər, elm adamları və ekspertlər iştirak edirlər. Forum çərçivəsində panel müzakirələri təşkil olunacaq. Panellərdə terrorizmə qarşı mübarizənin yolları, müasir beynəlxalq münasibətlərin nizama salınmasında ittifaqların qurulması zərurəti, beynəlxalq münasibətlərdə Çinin rolu, ekstremizm və populizmin beynəlxalq təhlükəsizlik üçün təhdidləri, Baltik-Qara dəniz təhlükəsizlik icmasının yaradılması ilə bağlı geniş müzakirələr aparılacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.