Siyasət

Xələf Xələfov: "Qarabağ məsələsi AŞPA-nın komitə iclasında qaldırılacaq"

15 Mart 2017 09:56
Baxış: 479

Dağlıq Qarabağ məsələsi AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin bu gün Bakıda keçirilən iclasında qaldırılacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

O bildirib ki, iclasda çox vacib məsələlər müzakirə olunacaq:

"Azərbaycanın üzləşdiyi Dağlıq Qarabağ problemini, xüsusilə Ermənistanın uzun illər davam edən təcavüzü, təcavüz nəticəsində işğal olunmuş ərazilərimizin problemi, bir milyondan artıq qaçqın və məcburi köçkün problemi, bu istiqamətdə hökumətin gördüyü işlərlə bağlı məsələlər tərəfimizdən qaldırılacaq. İclasda eyni zamanda, dünya birliyinin bu məsələlərə münasibəti, münaqişənin həll olunması çətinlikləri, Ermənistanın danışıqlar prosesində sərgilədiyi münasibət və digər məsələləri qaldıracağıq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.