Siyasət

Sarkisyandan yeni ultimativ bəyanat: "ƏGƏR MÜHARİBƏ BAŞLAYACAQSA, ONDA..."

14 Mart 2017 22:46
15 Şərh     Baxış: 15 154

Ermənistan prezidenti Serj Sarkisyan Qarabağ münaqişəsinin nizama salınması üzrə sülh danışıqlarında iştirakdan nümayişkaranə imtinasını növbəti dəfə izah etməyə çalışıb və Azərbaycanın ünvanına yeni ultimativ bəyanatla çıxış edib. Məlum olduğu kimi, Azərbaycandan fərqli olaraq, Ermənistan rəhbərliyi sülh danışıqlarını əvvəlki formatlarda və əvvəlki gündəliklə davam etməkdən imtina edir.

"Ermənistan heç vaxt Qarabağ münaqişəsinin nizama salınması üzrə danışıqlardan imtina etmir və Yerevan yüksək səviyyədə yeni görüş imkanını müzakirə etməyə hazırdır, əgər Bakı rəvvəlki görüşlərində nail olunmuş razılığı yerinə yetirəcəksə".

Ermənistan prezidenti Serj Sarkisyan bunu ispan agentliyi EFE-yə müsahibəsində Azərbaycanla münasibətlərin normallaşdırılması perspektivinə toxunarkən deyib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, S.Sarkisyanın sözlərinə görə, Ermənistan danışıqlar masasına yalnız atəşin dayandırılması rejiminin pozulması hadisələrinin araşdırılması üçün mexanizmin yaradılması halında qayıdacaq. Məlum olduğu kimi, Azərbaycan öz işğal edilmiş və beynəlxalq səviyyədə tanınmış ərazilərində belə mexanizmin yaradılmasından prinsipial olaraq imtina edir və tələb irəli sürür ki, işğalçı Ermənistan qoşunlarını özünün beynəlxalq aləm tərəfindən tanınmış sərhədlərinə çəksin.

S.Sarkisyan, həmçinin Yerevanın qondarma "DQR"in müstəqilliyini tanıyacağını da istisna etməyib: "Təsəvvür edin ki, bugünkü şəraitdə Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanıyır. Bu, danışıqlara son qoyacaq. Və məlum olduğu kimi, danışıqlara alternativ müharibədir".

Ancaq o əlavə edib ki, hər şey konkret vəziyyətdən asılıdır. Ermənistan öz mövqeyini dəyişə bilər. "Mən dəfələrlə demişəm: əgər Azərbaycan Dağlıq Qarabağda genişmiqyaslı hərbi hərəkətləri yeniləyəcəksə, biz müstəqilliyi dərhal tanıyacağıq", - deyə Sarkisyan vurğulayıb.

Sarkisyan onu da bildirib ki, yaxın gələcəkdə irimiqyaslı döyüş hərəkətləri çətin baş versin, ancaq onlara həmişə hazır olmaq lazımdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

15 Şərh:

  • Anonim
    Aydlndl · 14 Mart 23:0372

    Muharibe

    Cavab yaz
  • Anonim
    Mubariz · 14 Mart 23:2542

    Atalar deyib keçinin ölümü çatanda çobanın....... sürtünər. Ağacına.

    Cavab yaz
  • Anonim
    Aqshin · 14 Mart 23:4472

    Lap başını itirib . Aprel ayı yaxinlaşdiqca verir şalvara

    Cavab yaz
  • Anonim
    Sosyal Müselman · 14 Mart 23:4870

    Bu eclavın sifetine baxanda esebleşirem.

    Cavab yaz
  • Anonim
    Humay Rumi · 15 Mart 00:1322

    İt hurer karvan kecer.Hurmeyinde ol.

    Cavab yaz
  • Anonim
    Elşən · 15 Mart 00:1462

    Müharbe edek torpaqları geri alaq Allahu Akbar

    Cavab yaz
  • Anonim
    Ramil · 15 Mart 00:3960

    Bu alçağın yanaqlarını hezzle keserdim,,,! Dilini xırda xırda doğrayıb özüne uddurardım,Ah nalesini de zövqle dinleyerdim son xırıltısına kimi.

    Cavab yaz
  • Anonim
    Etibar M · 15 Mart 08:0230

    Bu veleduznaya deyin ki gelsin bu meydanda tek be tek vurushaq sen ermenistan olaraq ve biz Naxcivan elehidde ordusu . Azerbaycan ordusunu hele demirem . Onda gorersen ki kishi yumrugu sifetine deyende nece olur .

    Cavab yaz
    • Anonim
      leyla · 15 Mart 14:3011

      Etibar M halal olsun Naxcivanimin Azerbaycanimin soizin kimi ogullarina

      Cavab yaz
  • Anonim
    zaur · 15 Mart 09:2201

    bunun aqli qacibe deyesen

    Cavab yaz
  • Anonim
    eldaniz · 15 Mart 15:3300

    senin licni ejdadiva lenet olsun . qurumsaq gede .

    Cavab yaz
  • Anonim
    Vetendas · 15 Mart 16:0320

    Ay sen olesen yalax it omru boyu onun bunun kolkesinde yasmisiz

    Cavab yaz
  • Anonim
    Qarabağlı · 15 Mart 16:3930

    Sarkisyan haranın tulasıdır ki, Azərbaycan haqqında belə danışır. Elə bil Qarabağ ona qulağı kəsik Andranik babasından qalıb. Arzu eləyirəm bu yaxın vaxtlarda Ordumuz Andranikin tör-töküntülərini öz yerlərinə qovacaqlar.Hücum işğalçı dövlətə, həyasızlara

    Cavab yaz
  • Anonim
    Zehra · 15 Mart 17:2310

    Sohbete bax eee, "biz musteqilliyi derhal tanıyacagıq", istiyirsen hec herbi hereketleri gozleme lap indi tani, gic oglu gic, acindan olursuz, surune surune qalmisiz, siz o musteqilliyi tanisaz ne olur, tanimasaz ne ay bedbaxt

    Cavab yaz
  • Anonim
    Ibrehim · 15 Mart 18:4500

    Yalniz guc den istifade etmekle bu sherefsizi susdurmaq mumkundur...

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.