Siyasət

"Qarabağda müharibə başlasa, Rusiya, Gürcüstan və Türkiyə də..."

14 Mart 2017 13:12
2 Şərh     Baxış: 3 388

Azərbaycan və Ermənistan böyük silah potensialına, aviasiya və artilleriyaya malikdir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Bakıda "Dağlıq Qarabağ münaqişəsi, özəyi, sülhməramlılıq və vətəndaş cəmiyyətinin rolu" mövzusunda beynəlxalq konfrans çərçivəsində təşkil edilən "Sülhməramlılıq və Dağlıq Qarabağ münaqişəsinin həlli yolları" mövzusunda paneldə Rusiya prezidenti yanında Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Hüquqları Birliyinin, prezident yanında İctimai Palatanın üzvü, "Qafqaz siyasəti" portalının baş redaktoru Maksim Şevçenko deyib. 

M.Şevçenko bildirib ki, ATƏT-in Minsk qrupunun üzvü olan dövlətlər Azərbaycan və Ermənistana eyni silahları satırlar və bununla da balansı qoruduqlarını iddia edirlər: "Ermənistan və Azərbaycan arasında müharibə başlasa, münaqişəyə Rusiya, Gürcüstan, o cümlədən Türkiyə cəlb olunacaq. İslam həmrəyliyi, cihad çağırışları, digər tərəfdən, xristian həmrəyliyi çağırışları səslənəcək. Münaqişənin proqnozlaşdırılmayan nəticələri ola bilər. Radikal addım, müharibə terrorizmin inkişafına şərait yaradar. Bu gün biz Suriyada, İraqda bunu görürük".

A.Şevçenko deyib ki, regionda Qərbin təsirinin artmasında maraqlı olmayan üç dövlətdən ibarət Rusiya-Türkiyə-İran formatı Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ən münasib formatdır: "Bu gün Azərbaycana özünü qardaş sayan Türkiyəyə Avropada təhqiramiz münasibət bəslənir, Rusiya və İran isə "şər oxları" kimi təqdim olunur. Bəs kim yaxşıdır?! Bu gün konyuktura dəyişir. Faciəli müharibə nəticələri görmək istəməyənlər bunu anlamalıdırlar. Biz müharibə ritorikasından sülh ritorikasına keçməliyik. Qərb Qarabağ münaqişəsinin həllində, Qafqazda sülhdə maraqlı deyil".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Sinan · 14 Mart 13:3331

    Azərbaycan Ermənistana hücum etmir ki bura Rusiya vəya başqası qarışsın.Azərbaycan öz ərazilərini terrorçulardan təmizləyir.Bunada heç bir dövlət bir söz deyə bilməz.Azərbaycanın ərazi bütövlüyünü bütün dünya tanıyır.

    Cavab yaz
  • Anonim
    İbrehim · 19 Mart 19:2100

    Bu da dolayi yolla ermeni hokumetini muhafize etmekdir sulh yolunu isteyirsinizse ermeni ishgalina son qyun amma uzun illerdir eyni sozleri tekrar edirler. Resmi kreml ise statuskvonu oldugu kimi saxlamaqda maraqlidir...Odur ki torpaqlarimiz muharibe yolu ile ermeni ishqalindan azad olmasinda rusiyaya ne dexli var.....

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.