Siyasət

Fransalı senator bəzi həmkarlarının Dağlıq Qarabağa səfər etməsini pislədi

13 Mart 2017 15:33
0 Şərh     Baxış: 626

Bu gün Milli Məclisdə Fransa Senatının Fransa-Qafqaz Dostluq Qrupunun sədri Andre Reyşarın başçılıq etdiyi nümayəndə heyəti ilə Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri arasında görüş keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, görüşdə çıxış edən Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Cavanşir Feyziyev bildirib ki, iki ölkə arasında əlaqələr yüksək səviyyədədir və inkişaf edir.

A.Reyşar isə bildirib ki, səfərin məqsədi Azərbaycan-Fransa münasibətləri haqqında daha geniş məlumata malik olmaq və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi barədə məlumatlanmaqdır.

O, həmçinin parlament diplomatiyasının Ermənistan-Azərbaycan münaqişəsinin həllinə müsbət təsir edə biləcəyini qeyd edib və təmasların artırılmasının əhəmiyyətindən danışıb. A.Reyşar bildirib ki, onlar səfər çərçivəsində təmas xəttində olub və orada insanların şəraiti ilə maraqlanıblar: "Oradakı vəziyyəti görəndən sonra bir daha əmin olduq ki, münaqişə tez bir zamanda həllini tapmalıdır".

Bəzi fransalı senatorların Dağlıq Qarabağ ərazisinə səfər etməsini pislədiyini deyən A.Reyşar bildirib ki, hər kəs Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır.

A.Reyşar həmçinin bildirib ki, bu səfər iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin inkişafına öz töhfəsini verəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.