Siyasət

Qarabağda böyük müharibə başlayacaq?

10 Mart 2017 08:02
Baxış: 10 882

Bir çox ekspertlər qeyd edirlər ki, yaxın 2 ay ərzində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zonasında qoşunların təmas xəttində gərginlik artacaq. Hətta gərginliyin böyük müharibəyə çevilmə ehtimalını səsləndirənlər də var.

Bununla bağlı təhlükəsizlik və geosiyasi məsələlər üzrə ekspert Arzu Nağıyev isə barədə Milli.Az-a açıqlamasında deyib ki, həqiqətən də cəbhədə gərginliyin getdikcə artacağı istisna deyil:  

"Məlumdur ki, yaz-yay aylarında cəbhədə gərginlik daim artır. Bu müharibənin qanunlarıdır. Lakin düşünmürəm ki, aprel hadisələri yenidən təkrarlansın. Tarix də göstərir ki, iki dəfə təkrarlanan hər hansı prosesdən müsbət nəticə alınmır. Buna baxmayaraq, lokal xarakterli hərbi əməliyyatların olması mümkündür. Bu baxımdan Ermənistan silahlı qüvvələri cəbhədə əlavə təxribatlara əl ata bilər. Lakin beynəlxalq aktorlar, eyni zamanda regiondakı böyük dövlətlər - Rusiya, Türkiyə, İran imkan verməz ki, bu proses daha geniş vüsət alsın. Bununla belə cəbhədə hansısa hadisənin olması istisna deyil".

Bununla belə ekspert hesab edir ki, hərbi əməliyyatların böyük müharibəyə çevrilmə ehtimalı cüzidir: "Bu gün artıq müharibə yalnız səngərlərdə deyil, müasir texniki vasitələrlə də aparılır. Məlum məsələdir ki, həm Ermənistan, həm də Azərbaycan hərbi birləşmələrin dislokasiyası barədə müxtəlif yaxın xüsusi xidmət orqanlarından ətraflı məlumatlar alır. Ona görə də düşünmürəm ki, tezliklə böyük müharibə başlasın, amma lokal hərbi əməliyyatların keçirilməsi mümkündür".

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.