Siyasət

Rusiya və İsrail səfirlikləri Lapşinlə görüş müraciətlərinə cavab gözləyirlər

28 Fevral 2017 12:53
1 Şərh     Baxış: 770

"Bakıdakı Rusiya və İsrail səfirlikləri ikili vətəndaşlığı olan bloger Aleksandr Lapşinlə görüş üçün Azərbaycan tərəfindən cavab gözləyirlər".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Lapşinin vəkili Eduard Çernin deyib.

Onun sözlərinə görə, məhkəmə prosesinin nə vaxt başlayacağı hələlik məlum deyil.

Bundan başqa, vəkil qeyd edib ki, A.Lapşinin həyat yoldaşı ilə görüşüb-görüşməyəcəyi sual altındadır.

Qeyd edək ki, A.Lapşin fevralın 25-də saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında anası ilə görüşmüşdü.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.