Siyasət

Ermənistan Ağdərə istiqamətində HÜCUMA KEÇMƏK İSTƏYİB

27 Fevral 2017 14:33
17 Şərh     Baxış: 10 331

Ermənistan silahlı qüvvələrinin cəbhə boyu təxribatları davam edir.

Milli.Az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən bildirir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu vəziyyəti gərginləşdirmək məqsədilə fəaliyyətini davam etdirir.

Ermənistan tərəfi Talış kəndi (Ağdərə - red.) istiqamətində növbəti dəfə təxribat törətməyə cəhd edib. Ön xətdəki bölmələrimizin sayıqlığı nəticəsində düşmənin mövqelərimizə yaxınlaşmaq cəhdlərinin qarşısı qətiyyətlə alınıb.

Döyüş toqquşmasında qarşı tərəf itki verərək geri çəkilməyə məcbur edilib.

Silahlı Qüvvələrimizin şəxsi heyəti arasında itki yoxdur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.