Siyasət

"Xocalı faciəsi insanlıq tarixində qara ləkədir"

26 Fevral 2017 11:38
1 Şərh     Baxış: 1 221

"Xocalı faciəsinin baş verməsindən 25 il keçsə də, hələ də Xocalıya ədalət istənilir. İnşallah, yaxın zamanda bu ədalət təmin olunar, Azərbaycan işğal altında olan torpaqlarına qovuşar. Xocalıda qətliam törədənlər ən qısa zamanda cavab verərlər". 

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.
 
Səfir Xocalı faciəsinin insanlıq tarixində qara bir ləkə olduğunu deyib. Faciənin 25-ci ildönümü günündə azərbaycanlılarla həmrəylik nümayiş etdirmək üçün səfirliyin əməkdaşları ilə birgə "Xocalı" abidəsini ziyarət etdiklərini açıqlayan diplomat: "Azərbaycanın başı sağ olsun, şəhidlərimizə tanrıdan rəhmət diləyirəm. Bilirəm ki, onların hər birinin məkanı cənnətdir", - deyə bildirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.