Siyasət

"Neft qiymətləri azalsa da, Azərbaycan iqtisadiyyatını səmərəli idarə edir"

23 Fevral 2017 12:48
Baxış: 774

"Neft qiymətlərinin azalmasına baxmayaraq, Azərbaycan iqtisadiyyatının səmərəli idarə edilməsini təmin edib".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin qida, kənd təsərrüfatı və heyvandarlıq naziri Faruk Çelik Azərbaycan-Türkiyə biznes-forumunda çıxışı zamanı deyib.

Nazir bildirib ki, Türkiyə və Azərbaycanın inkişafı qarşısında bir çox maneələr yaradılıb: "Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı və Xocalı qətliamı, eləcə də Türkiyədə terror aktları və hərbi çevriliş cəhdinin məqsədi bizim inkişafımıza mane olmaq idi".

Onun sözlərinə görə, 2050-ci ildə dünya əhalisinin sayı 10 milyarda yaxınlaşacaq: "Buna görə də dünyada kənd təsərrüfatı məhsullarının istehsalı 60 faiz artırılmalıdır".

F.Çelik qeyd edib ki, Türkiyə Avropanın ən böyük kənd təsərrüfatı məhsullarının istehsalı mərkəzidir: "Bu gün biznes-forum iştirakçılarının üzərinə böyük vəzifə düşür. Bu forumun kənd təsərrüfatı sahəsində əlaqələrimizi gücləndirəcəyinə əminəm. Türkiyə və Azərbaycanın coğrafi mövqelərini nəzərə alsaq, əməkdaşlığımızın nəticəsini təsəvvür etmək olar".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.