Siyasət

Azərbaycan İtaliya ilə əməkdaşlığın prioritet sahələrini müəyyən edib - FOTO

23 Fevral 2017 12:24
Baxış: 520

"Azərbaycan İtaliya ilə sənaye, kənd təsərrüfatı, əczaçılıq, informasiya və kommunikasiya texnologiyaları və turizm sahələrində əməkdaşlıqda maraqlıdır".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Bakıda Azərbaycan-İtaliya biznes-forumu çərçivəsində iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

Nazir müavini Azərbaycanda turizm potensialının ildən-ilə artdığını deyib:

"Biz həmçinin, sənayeləşmə sahəsində də ciddi işlər həyata keçiririk. Azərbaycanda xarici investorlar üçün əlverişli biznes-mühit yaradılıb, biz investisiyaların təşviqi ilə bağlı yeni mexanizmlər təqdim edirik. Ölkələrimiz arasında əməkdaşlıq üçün böyük potensial var, bunu İtaliya tərəfi də təsdiq edib".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.