Siyasət

"Rusiya Qarabağda münaqişəni qızışdırır..."

22 Fevral 2017 17:14
2 Şərh     Baxış: 3 018

Rusiyanın yürütdüyü xarici siyasət bütün dünya üçün təhdiddir.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, belə bəyanatla BMT Təhlükəsizlik Şurasında Litvanın xarici işlər naziri Linas Linkyaviçyus çıxış edib. Nazirin çıxışının mətnini Litva XİN-in mətbuat xidməti yayıb. (TASS)

"Rusiyanın məqsədyönümlü xarici siyasət strategiyası nəinki Avropa, eləcə də qlobal təhlükəsizlik üçün təhdiddir. Soyuq müharibənin başa çatmasından sonra Avropada ideoloji qarşıdurma aradan qalxmayıb. Rusiya Dnestryanı bölgədə, Dağlıq Qarabağda, Gürcüstanda köhnəlmiş münaqişələri qızışdırır, Ukraynaya qarşı hərbi təcavüzü davam etdirir", - Litva xarici işlər naziri deyib.

Nazir bildirib ki, bu münaqişələri nizamlamaq üçün beynəlxalq və regional təşkilatların bütün imkanlarından istifadə edilməlidir, diplomatik təsir rıçaqları və sanksiyalar işə salınmalıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.