Siyasət

Azərbaycanlı deputat Gürcüstanda canlı yayımda Xocalıdan danışdı

22 Fevral 2017 14:16
0 Şərh     Baxış: 1 695

Bu gün Gürcüstan parlamentinin iclasında azərbaycanlı deputat Savalan Mirzəyev Xocalı soyqırımı mövzusunda çıxış edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, deputatın çıxışı televiziya ilə canlı yayımlanıb.
 
S. Mirzəyev bildirib ki, düz 25 il öncə - 26 fevral 1992-ci ildə  baş verən hadisə Qafqaz xalqlarının tarixinə qara hərflərlə yazılıb. O, azərbaycanlıların yaşadığı Xocalı qəsəbəsində törədilən faciədə 613 nəfərin,  o cümlədən 106 uşaq, 63 qadın və 70 qocanın qətlə yetirildiyini nəzərə çatdırıb: "Biz bu tribunadan uca səslə Xocalı faciəsini yada salmalıyıq və bu faciəyə düzgün qiymət verməliyik ki, bu cür hadisələr nə bizim bölgədə, nə də bütün dünyada təkrarlansın. Təəssüf ki, həm bu faciə, həm də Qafqazda baş verən bir çox müharibələr xaricdən idarə edilib. Xocalı faciəsinin də əsas günahkarları sovet ordusunun 366-cı motoatıcı alayı tərəfindən dəstəklənən separatçılar olub. Qafqazda müharibələr bitməlidir, biz mütləq Qafqaz xalqlarının birlik və sülh mühitində yaşamasına nail olmalıyıq".
 
Qeyd edək ki, S. Mirzəyev hakimiyyətdəki "Gürcü Arzusu" Partiyasının deputatıdır. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.