Siyasət

Hərbi prokuror: "Dağlıq Qarabağda "referendum" keçirilməsi tam qanunsuzdur"

22 Fevral 2017 13:13
Baxış: 631

"Dağlıq Qarabağda "referendum" keçirilməsi qanunsuzdur".

Mili.Az report-a istinadən xəbər verir ki, bunu hərbi prokuror Xanlar Vəliyev deyib.
O bildirib ki, BMT başda olmaqla, beynəlxalq təşkilatlar Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu qəbul edib: "Dağlıq Qarabağın Azərbaycana məxsus olmasını kimsə inkar edə bilməz. Bu, mümkün də deyil. Dağlıq Qarabağda hansısa qurumun olmasını dünya dövlətləri, o cümlədən Ermənistan da qəbul etməyib. Bunu qəbul edə də bilməzlər. Dağlıq Qarabağda Azərbaycan qanunveriviliyinə zidd olaraq, "seçki" və yaxud "referendum" keçirilməsi qanunsuzdur".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.