Siyasət

26 fevral tarixi İndianada "Xocalını Anma Günü" elan edilib - FOTO

22 Fevral 2017 10:35
Baxış: 544

ABŞ-ın İndiana ştatının qubernatoru Erik Holkomb xüsusi bəyannamə imzalayaraq, 26 fevral tarixini İndianada "Xocalını Anma Günü" elan edib.

Milli.Az xəbər verir ki, Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan Trend-ə verilən məlumata görə, bəyanatda Xocalı qətliamı dəhşətli faciə kimi pislənilir. Bu, İndiana qubernatoru tərəfindən indiyədək Xocalı qətliamına dair imzalanan ilk bəyannamədir.

Sənəddə Xocalı qətliamı zamanı 600-dən çox mülki vətəndaşın, o cümlədən çox sayda uşaq, qadın və qocaların kütləvi şəkildə öldürüldüyü bildirilir. "Human Rights Watch" təşkilatının bu qətliamı regionda baş vermiş ən böyük kütləvi qırğın adlandırdığı vurğulanaraq qeyd olunur ki, bu dəhşətli hadisə dünya xalqları arasında qarşılıqlı anlaşma, xoş münasibət və tolerantlığın nə qədər zəruri olduğunu göstərir.

Həmçinin qubernator Azərbaycanın müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün ABŞ və BMT də daxil olmaqla bütün beynəlxalq ictimaiyyət tərəfindən tanındığını bildirir.

Bəyanatın sonunda E.Holkomb İndianada və dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların hər il 26 fevral tarixində Xocalı qətliamının qurbanlarını andıqlarını bildirərək, bu tarixi İndianada "Xocalını Anma Günü" elan etdiyini açıqlayır və bütün İndiana sakinlərini bu günü anmağa çağırır.

Qeyd edək ki, ABŞ-ın hazırkı vitse-prezidenti Mayk Pens indiki vəzifəyə seçilməzdən öncə 2013-2016-cı illərdə İndiana ştatının qubernatoru vəzifəsini daşıyıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.