Siyasət

Ukrayna Qarabağdakı “referendum”u TANIMIR

21 Fevral 2017 22:21
0 Şərh     Baxış: 1 032

Ukrayna fevralın 20-də Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin ərazisində keçirilmiş "konstitusiya referendumu"nu tanımır və onu qeyri-legitim hesab edir.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi saytında yerləşdirilmiş məlumatda bildirilir.

"Referendum" Azərbaycan Respublikasının Konstitusiyasının və beynəlxalq hüququn pozulmasıdır və heç bir hüquqi nəticəsi yoxdur. Ukraynanın Dağlıq Qarabağ münaqişəsi üzrə mövqeyi dəyişməz olaraq qalır və Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün və suverenliyinin şəksiz dəstəklənməsindən ibarətdir", - Ukrayna XİN nümayəndəsi Maryana Büetsının şərhində deyilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.