Siyasət

Çingiz Abdullayev: "Bu təyinat Azərbaycanın uğurla inkişaf edəcəyinin daha bir təminatıdır"

21 Fevral 2017 18:23
Baxış: 1 261

Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyətinin inkişafı üçün çox işlər görür.

Milli.Az bildirir ki, bunu Trend-ə Azərbaycan Yazıçılar İttifaqının katibi, PEN-klubun prezidenti Çingiz Abdullayev Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması barədə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamını şərh edərkən deyib.

O deyib: "Hamıya məlumdur ki, Mehriban xanım Azərbaycan mədəniyyəti üçün necə böyük işlər görür. Hesab edirəm ki, bu təyinat Azərbaycanın uğurla inkişaf edəcəyinin daha bir təminatıdır. Mən onu təbrik edirəm və bu çətin vəzifədə uğurlar arzu edirəm".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.