Siyasət

Şahin Mustafayev İrana gedir - Əlaqələr genişləndirilir

21 Fevral 2017 17:40
0 Şərh     Baxış: 584

Fevralın 22-də iqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasına səfərə gedəcək.

İqtisadiyyat Nazirliyindən Milli.Az-a bildiriblər ki, səfər zamanı Azərbaycan və İran arasında müxtəlif sahələrdə mövcud əlaqələrə və əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair müzakirələr aparılacaq, bir sıra ikitərəfli görüşlər keçiriləcək, Ərdəbil və Urmiyada biznes forum təşkil ediləcək.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti istehsal müəssisələrinin fəaliyyəti ilə də tanış olacaq.

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.