Siyasət

"Azərbaycanın Rusiyadan silah alması İrəvanın xoşuna gəlmir" - Nalbandyan

20 Fevral 2017 17:34
3 Şərh     Baxış: 1 950

"Azərbaycanın Rusiyadan silah alması, şübhəsiz, Ermənistanın xoşuna gəlmir".

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan "Ria-Novosti"yə müsahibəsində deyib.

"Əlbəttə, Azərbaycanın Ermənistanla qarşılıqlı əlaqədə olan və Minsk qrupunun həmsədri kimi regionda sülhün və sabitliyin qorunub saxlanılmasına səy göstərən müttəfiqimizdən (Rusiyanı nəzərdə tutur - red.) silah alması rəsmi İrəvanın xoşuna gələ bilməz".

O qeyd edib ki, Ermənistan güc balansının qorunub saxlanması üçün səy göstərməyə məcburdur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.