Siyasət

Georgi Kvirikaşvili: "Bizim yeni imkanlarımız var"

19 Fevral 2017 22:02
Baxış: 449

"Gürcüstan regional əməkdaşlığa böyük önəm verir. Regional əməkdaşlıq Cənubi Qafqazda sabitliyin təmin olunmasında vacib mexanizmlərdən biridir".

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki,  Gürcüstan hökuməti başçısının mətbuat xidmətindən verilən məlumata görə, bu sözləri Baş nazir Georgi Kvirikaşvili Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən debatlardakı çıxışı zamanı deyib.

Gürcüstan hökumətinin başçısı Azərbaycan-Gürcüstan və Türkiyəni birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin buna ən parlaq misal olduğunu vurğulayıb. Bildirib ki, bizim "İpək yolu" iqtisadi zonası sayəsində, Avropa və Asiyanı bir-birinə bağlayan "Bir kəmər - bir yol" təşəbbüsü ilə yeni imkanlarımız var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.