Siyasət

QMİ sədri: "Avropa miqrantların qarşısında divarlar çəkir"

18 Fevral 2017 12:22
Baxış: 714

"Torpaqlarımızın işğalı nəticəsində 1 milyondan çox qaçqın və məcburi köçkünümüz oldu. Azərbaycan qaçqın və məcburi köçkünlərlə bağlı problemləri, demək olar ki, özü həll etdi. Amma bu gün Avropa miqrantlar qarşısında divarlar çəkir".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Beynəlxalq Multikulturalizm Qış Məktəbinin 16 ölkədən olan müdavimləri ilə görüşdə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə deyib. O bildirib ki, miqrantlara belə münasibət demokratik deyil: "Azərbaycanın bu sahədə fəaliyyəti bu gün dünya, Avropa üçün nümunə ola bilər. Nə zamana qədər miqrantların qarşısında divar çəkəcəklər?!"

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.