Siyasət

Azərbaycanlı jurnalistə Gürcüstanda vəzifə verildi - VİDEO

14 Fevral 2017 13:37
1 Şərh     Baxış: 1 790

Gürcüstan- Azərbaycan Media Mərkəzi hər iki ölkənin media körpüsü funksiyasını daşıyacaq

Gürcüstanda  "Gürcüstan- Azərbaycan Media Mərkəzi" fəaliyyətə başlayıb. Bir qrup azərbaycanlı gəncin təsis etdiyi mərkəzin rəhbəri tanınmış jurnalist, "Amerika-Azərbaycan Jurnalistika Akademiyası" nın məzunu, uzun illər ANS TV-də çalışan Amil Hacıyevdir.

Milli.Az xəbər verir ki, jurnalistin istipress-ə verdiyi məlumata görə, "Gürcüstan-Azərbaycan Media Mərkəzi"nin əsas məqsədi iki ölkə mediası arasında əməkdaşlıq, fikir, təcrübə mübadiləsi aparmaq, dostluq əlaqələri yaratmaqla hər iki dövlətin həqiqətlərini yaymaqdır. "Son zamanlar müşahidə etdim ki, Gürcüstanda iki dövlətin dostluq münasibətlərinə mane olan qüvvələr var. Bunlarla mübarizə üçün həqiqətləri yaymaq lazımdır. Gürcüstan haqqında, orada yaşayan soydaşlarımızın sosial problemlərini qabartmaq, media vasitəsilə onlara dəstək vermək istəyirik", - deyə Amil Hacıyev bildirib.

Onun sözlərinə görə, mərkəz  həmçinin bir kommersiya təşkilatı kimi də fəaliyyət göstərəcək. Azərbaycandakı istənilən sayt, hətta televiziyalar buraya gəlmədən müsahibə və tədbirlərin işıqlandırılması üçün Media Mərkəzə müraciət edə biləcək.

Hazırda Media Mərkəzin nəzdində  xəbər portalının hazırlanması üzərində də işlər aparılır.

Gürcüstan vətəndaşı olan Amil Hacıyev hazırda "Kvemo Kartli" televiziyasında həftədə 5 gün olmaqla, Azərbaycan dilində efirə gedən xəbərlər proqramının aparıcısıdır. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Azərbaycanlı jurnalistə Gürcüstanda vəzifə verildi

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.